Hadi qaraçayın
özgürlük yontusunda qabar çalmış özləmləri
Ersan erel
Bir gün
Danışacaqdınız siz ey sıldırım qayalar
Sümüklərinizdə
Qılınc yarasından bitmiş ardıclardan.
...
Hadi qaraçayın “ sonsuzluq” dizgəsi (poeması) geçmişliyə açılan ağrı qapılarından belə boylanır. Qalın ünlü səsli olan “sıldırım”, “qayalar”, “qılınc”, “ardıclar” kimi dörd adın qısa başlanğıca yüklənməsi , ağlatının ( trajedinin) savacısı izlənimini yaradır. Kökəncil (mitolojik) coşquyla (lirizmlə) sözlərin səs damarlarına duyğu tellərini belə duyarlı bağlamaq, qoşuqçunun sözə olan sorumluluğudur. Türk dilinin doğasında olan bu özəlliyi qavrayıb, qoşquda yansıtmaq isə özü bir bacarıq, bir gözəllikdir. Oxucuya düşüncə ilətisi isə götürdüyü böyük daşları qoşuq qalasına yerində işlətməklə çatır. Başlanğıcı belə coşqulu başlayan bu dizgənin soluğançılığa varcağını düşünərkən, qaraçay bacarıqla əyləcə (tormuzu) basır:
...
“Mənsə
Ana döşündə körpəcik
Dinləyəcəkdim o ilkin nağılı
Laylalar, nazlamalar kimi”.
Qaraçay bütün dizgə boyu incə duyarlıqla bu işi bacarmışdır. öncələri buna bənzər konuları yazan çoxlu qoşuqçularımızda soluqnçılığın azda olsa bəlirtiləri açıqca görünməkdədir.
“ Sonsuzluq” bütün görünümdə insanlığın ərkinlik yontusudur. Bu yontunun qabarıq imləri, çizgiləri qoşuqçunun ulusal özləmlərinin, yurd nisgillərinin , ulusal dəyərlərinin, acuna baxış açısının , toplumsal qayğılarının, siyası düşüncələrinin səsli dilidir. Bölünmüş yurd nisgilini gələnək, görənək kökənçi dillə belə oxşamışdır:
...
“Qırmızı alma atdıq arazının bu tayından o tayına
Qırmızı yaylıq dəbərtdilər arazının o tayından bu tayına
Ağrısını çəkmədiyimizdən
Dərdini yaşamadığımızdan
Nə yüyrək gəlirdi bizə keçmişlər.”
Sonra doğanın gələnək , görənək yasalarının dililə nisgilin sona varmasın belə yorumlayır:
...
“ sizsə səssiz
Sizsə
Bulaq qaynaşması tək sakit görüşdünüz.
Bulud toplarının anlıq görüşməsindən çeşitli
Nə şimşək çaxması
Nə ıldırım şaxması.
Böylə olurmuş
Sıldırım qayaların əsrlik sevişmələri”.
Qaraçay ikiyə bölünmüş yurdunun ağrı acılarını baş sorumlusu olan köçmüş duyarsız başçılardan deyil, serçə kimi gücsüzlükdən uçub gedə bilməyən yurda bağlı olanların üzündən yansıdır.
Bir daha çıxmadı o böyük ışıq.
Bir daha görünmədi
Türkəmən çay düzənliyində batan günəş
Və uzun ölümcül yuxuya daldı
Gülüstan bağlarında şehli çiçəklər.
Qadınlar saqqız çeynəyir
Kişilər
Tütün torbasında gizlədirlər azarlarını.
Küləklərin döyəcində
Uzun- uzadı uzanmışdır çanqıllı torpaq.
Və Kimsəni maraqlandırmır
Dağılmış maraq incisi
O böyük itgi.
Seçginlərimizin dönüklüyün (xəyanətini) pozlarında boğularkən belə qamçılaması acımızın gerçəyidir:
Qulluğumuza inanmadıq,
Qul bazarında
Satılmadığımızdan.
Ağac
Barı üstündə satılan tək
Satılmışdıq.
Aydın dediklərimizin özümüzü baltalmalarını, özgə yorumçuluğuna soyunmalarını güneyin , uzaq , yaxın ancaq gerçək acı geçmişliyi olduğunu anımsarsaq qoşuqçunun bu qamçisini yerli görərik:
...
“Aydınlarımız gəvşədilər
Yabancı kökdə bitmiş söz alaxların.
Dil
El
Yurd
Talandılar ,
Güz küləklərində talanmış ağac kimi”.
Güney Azərbaycan Türkünü ulus kimlikdən soyutlamış, ona vətən anlayışını çeşitli oyunlarla yalandan “iran” olaraq aşılanması düşüncəsinə çox tutarlı kanıtlarla yanıt verir. Bu yanlış vətən anlayışının nələrdən qaynaqlandığını qoşuqsal imlərlə bacarıqla göstərə bilir:
...
Susdular
Evlərinin qalın duvarları arxasında
Susdular
Pulun və mülkün nəmli kölgəsində.
Susdular qadınlarının çadırası altında,
Susdular
Qorxularında.
Və qorxunun iylənmiş löhməsində
Uca heykəl yaratdılar,
Qadın heykəli
Adı dostluq
Adı iran”.
Sonra Qaraçayın ayın- şayın düşləri anılarına boylanıb, “məşrutənin”, “Xiyabanının”, “Azerbaycan demokrat devlətinin” devinimlərinin (hərəkətlərinin) acılarını, sevinclərini götür qoy edir. Bu düşüncələrində yanlışlarla , doğrulara topulmun yaşamını güzgü olaraq tutur. Sevdiyi öndərlərin sevinclərilə, ağrılarını toplumda görmək istəyir. Toplumun öndərlərlə bir səngərdə çiyin – çiyinə döyüşdə olamsalarda , tinsəl bağları olduğunu göstərir. Qoşuqçunun açdığı gizəmli qapıların içində özgürlük yuxuları ayılarkən boşa çıxır. Bu yuxularda bütün güney Azərbaycanlının son yüz ildə bəsləyib, boya çatdırmaq istədiyi diləkləri vardır. Ancaq onlar nədənsə qısır qalır:
...
“ Bu gündən sabaha uzanan umud lağımıymış,
Insanın gülüş haqqı,
Sevinc payıymış azadlıq.
Ana dilində oxunan mahnının həyəcanı,
Fəhlənin
Ləzzətlə işdən ayrılmasıymış azadlıq.
Gözlərimi açıram,
Illər kəpənək kimi uçuşur incə.
Gözlərimi yumuram
Bağlanır birinci qapı duman içində.
Atabəy bağı
Namərt tuzağı
Qəfildən gələn güllə,
Titrəşən diz
Sıxışan diş
Və xanın dodaqlarında acı təbəssüm”
Ancaq bunlara baxmayaraq Qaraçay bütün tərs gedişlərin olumsuz yönlərini çiyinlərində daşırkən, ümüdlərini üzərində zamanın dalağalarıyla çaxnaşan xəzərin dərinliyində səssizcə qoruyur:
...
“ Kəsdilər
Xoşluq selinin axarını
Və söndürdülər coşqu alovların
Boylu qadınların yırtılmış qarnında
Təbrizin mil çəkilmiş gözlərində dərd.
Azadlıq,
Kürəyindən vurulmuş qardaş
Və ümid
Xəzərin dərinində yatmışdır səssiz”.
O, bu umudunu bütün yenilgilər sonucu acıları yaşaya- yaşaya itirmir. Onlarla topluma dirəniş ruhu aşılamağa çalışır:
...
“Və çiynimdə
Ağır bir heybə var dözüm yükündən.
Işdə
Bağlı bir qapı ağzındayam.
Qurtarmaz umudla
Tükənməz inamla döyürəm
Özgürlük qapısın”.
Sonra toprağı qanla suvarılmış bir yurdun vətəndaşı olaraq anlı açıqlıqla kimliyini bağırır:
...
“Mənəm!
Irminci yüz ilin ilkin uşağı.
O böyük dədənin ağ saç nəvəsi”.
İrminci yüz ildə üçncü düşə varınca çoxlu ulusal, toplumsa istəklərini duyduğunda qartal kimi qanadlanıb özgürlük zirvəsinə uçur. Bir anda inasn haqqı olan cinsəl , özdəksəl istəklərinidə vətəninin şənliyinə artırır:
...
“ Gözlərimi yumuram
Açılır təbrizin şirin günləri,
Və Türk insanının insanlıq çağı.
Dili dil
Eli el
Yurdu yurd olan təbriz.
Ax ,ey uca zirvə
Necədə dadlıdır sənin yemişin.
Ana sütündən doğma
Qız dodağından şirin
Qadın döşündən dadlı.
Insanın gəliş haqqı
Gediş haqqı,
Insanın gülüş haqqı
Sazın hər telində
Yeni bir səs
Və kolun hər gülündə
Başqa bir qoxu.
Insanın,insan hürmətiymiş azadlıq”.
Nədənsə onun o sevincləri bir ildən uzun sürmür. Gözlərin açıb, yenə dar ağaclarını, kəsilən başları, deşilən döşləri, yolunan saçları görür:
...
“ Gözlərimi açıram,
Doğudan əsməkdə sazaxlı külək.
Doğudan doğmaqda boğuntu səsi.
Təbrizə axırmış bütün qanlı çayların axımı.
Ölüm
Çardaq qurdu, şəhərdən böyük
Kəsilən başlar
Deşılən döşlər
Yolunan saçlar.
Və özgürlük
Hər evdən öldürülmüş bir oğul oldu”...
Ancaq tökülən qanların bütünü vətənin ərkinlik ağacını suvardığı üçün, acılara qatlanıb onun “ tikanını öpür”, “ yanmış qumlarına dodaq basır”.
...
“ Əyilib
Tikanlarından öpməkdir,
Yanmış qumlarına dodaq basmaqdır şeirim,
Qısaca ,
Tapınmaqdır azadlıq heykəlinə”.
Qaraçayın irminci yüz ili ağrı acılarla başlayıb bitir . Ancaq onun düşlərdə aradığı vətən, ulus, insan özgürlüyü gerçəkləşmir. Buna baxmayaraq o ümidlərinə “ susuzdur”. Bu nədənlə ulus, vətən, insan adına yonduğu yğntu acılarla, sevincləri bir yerdə göstərə bilir.
...
Yüz ildir
Dilimdə qıfıl,
Alnımda qulluq damğası
əllərimdə tapı qandalı.
Böylə doğar
Böylə yaşar
Böylə ölürəm.
Dilim,
Qurtuluşa,
Alnım,
Bütün qutsal varlıqların astanasında daş olmağa
əllərim
qələm tutmağa
qulaqlarım
O ilkin , o böyük nağıla
Susuzdur anam.
Qaraçayın bu dizgəsi çağdaşlıq qoşuğ adına çox gözəl bir düzeydədir. Onun dil aracı Azərbaycan Türkünün qan bəlləyindən suvarıldığı kimi, düşüncəsində də ulusçuluq qabarıq biçimdə görünməkdədir. Onun kökəncil dili bütün qoşuqlarının özəlliyini daşımaqdadır. Unləmlər çağdaş quşaqda ulusal dirçəliş ruhunu aşılamaq üçun çağla səslənmədədir. “və” bağlacından əlini üzə bilsə, Türkcəsinə deyəcək olmaycaq. Dilimizin arınmasına özən göstərməsi, sözlərə titiz davranışı, ulusal duyarlığının kanıtıdır. O, özünün qoşuq dilini biçimlədiyinə görə çevrəsinə ışıq tuta bilir. Bu ışığın daha parlamsı ümidilə.
يازار هـ.شهبازی پنجشنبه 1386/10/20
ساعت 23:42 /لینک/(نقل با قيد منبع وبلاگ آزاد است)
آخرین نوشته ها
متینلرآراسی ايليشگيلر : کوبيلاي آکتولوم
ویجدان تميزليیي: همت شهبازی
مليحه عزيزپور {شعرلری اوزَرینه}
شعر و گئرچکليک:hilmi yavuz
سهندیه ده آخان وارلیغیمیز : قادر جعفری
فرئدريك نيچه : زردوشت بئله دئدي- 6
Əziz Səlami: Şeirlər
گئجه : آفاق مسعود ( Afaq Məsud)
عؤهده ليين مرحله لري: همت شهبازی
سایین "دوشرگه" وئبلاگی نین اوخوجولاری
درباره وبلاگ

بو وئبلاگ ادبی - نظری وئبلاگ دیر بو ساحه لرده بوتون یازی لاری قبول ائده رک یازارلارین اؤز آدلاریلا یایماغا حاضیردیر
( نقل مطالب با قید منبع وبلاگ آزاد است )
فهرست اصلی
آرشیو موضوعی
تنقید(tənqid)
شعر (şeir)
حئکایه (hekayə)
مقاله (məqalə)
دانیشیق (danlşlq)
دوشونجه (duşuncə)
کیتاب (kitab)
سؤزلوک (sözlük) (فلسفه، ادبيات، اجتماعي)
اوشاق ادبیاتی (uşaq ədəbiyatl)
گونده لیک (gündəlik)
LATİNCƏ
نقد شعرمعاصر آذربایجان کیتابیندان
هادی قاراچایی بورادان اوخویون: qara@lyse.net
هادی قاراچای: "بئچه لر بانلایاندا" و "باداملیقلار"
مدرن شعر آنلاییشی (modern şeir anlaylsl)
كيان خياو - ي بورادان اوخويون
چئویری بوتاسی (çeviri butası)
کلاسیک ادبیات
ƏRSƏN ƏRƏL"İ burdan oxuyun
پیوندهای روزانه \ bağlantları
sözün sözü
دوشرگه لاتینجه DÜŞƏRGƏ LATİNCƏ
CAHAN
یازی (ناصر مرقاتی)
آواوا (ناصر منظوری)
تونقال (بهروز صدیق)
بایقوش (لاله جوانشیر)
bağlantılar
یئنی لیک
یاشماق
محمد فضولی
دكتر رضا براهني
GƏLƏCƏK GÜN
CAHAN
Cavanşir Yusifli
gelecekdeki kechmish zaman(yusifli)
yenilik.azeriblog
آلما یولو
ایواز طاها
قیویر زیویر
تاریخ آذربایجان
جیققیلی باخچا
ساری گلین
محمد صبحدل
مهیار علیزاده
آنار ( فرهاد شهبازی)
آنار شهبازی ( سایت )
چاغمور
şiir akademisi
tümgazeteler
dergibi
felsefeekibi
topgreatdeals
almaqezeti
bizimki
شعرچلنگی
milliyet
zaman
radikal
جیزماقارا (رامین جهانگیرزاده)
تارلالار (دومان اردم)
سؤزوموز
ماهنی زنگانلی
kitabxana-az
Dünya Ədəbiyyatı Xəzinəsi
lit.az
مغان ارس
alatoran
آذر تورک
حبيب ساهير
اوختای
آذربایجان
bloglar.tumblr
سهند
ekitap
turkfelsefesi
فولکلور (حمید شهانقی)
اسماعیل خرمی
یاغیش (آیدین آراز)
رسول ملک زاده
ياشاييش (دانلود)
kultaz
azad yazarlar ocağı
səlim babullaoglu
azyazar
izedebiyat
kitab.tk
ائلياد موسوي
صياد فيضي
قرنفيل
چنلي تئل
بهنام نوشيرواني
ماياك (حميد آصفي)
چوخورلار
modernpoem (ادبيات جدي)
نادر الهي
sima ənnaği
Fəxri Uğurlu
cavidan
rəbiqə nazimqızı
رضا كاظمي
گونئي آذربايجان وبلاگلاري
طوغرول آتاباي
eyvaz taha
əsəd cahangir
asiman
zahir əzəmət
محمود مهدوي
اوچلوك
آيدين يارين
felsefe tarihi
تبريزده فضولي آدينا
آذربايجان يازارلار بيرلييي
موغانيميز
جاهان (عرب اليفباسيندا)
آدالار (وحيد طلعت)
آيدين فرنگي
حامد رحمتي
آلما يولو (شعرلر)
əziz səlami (bulaq)
Qeshem Necefzade (sayt)
Qeshem Necefzade) türkcə şeirle)
Ulker Ucqar
زنگين
آتيلا اسكنداني
شاعيرلر
دكتر حسن اكبري (برهان)
ولي محمدپور
şairane
آلقيش عمي
اورمو.بیراولمالی
تازه های ادبی
بانک مقالات ادبی
كتابفروشي دانشجو
رسول يونان
دوندورولموش آنيلار
turkukbiz
بير شهر هاراي
خانه كتاب
ناغیل
اينك فلسفه
demokratiya evi
dədə qorqud
داملالار
صاباحا يول
بهرام سورگون
محمدرضا راثي پور
تنقيد (نادير ازهري)
مغان اينفو
رضا همراز
ايشيق سوي
موغان اوغلو
سعيد نعيمي
اوستون لينك
م. ووقار
حمید جباری
آلقیش
شعیر تارلاسی (ف.فرجزاده)
شعر بیر دونیادیر
مهرعلی علیپور
محمود ابراهیمی
محمد نوین (باراز)
مرتضی جودت
هورولر
دوشون!..
قارانقوش
اوشاقلار باغچاسی
اوزون کوچه
edebiyyat.tk
نوشته های پیشین
آبان 1388
مهر 1388
مرداد 1388
تیر 1388
خرداد 1388
اردیبهشت 1388
فروردین 1388
اسفند 1387
بهمن 1387
دی 1387
آذر 1387
آبان 1387
مهر 1387
شهریور 1387
مرداد 1387
تیر 1387
خرداد 1387
اردیبهشت 1387
فروردین 1387
اسفند 1386
بهمن 1386
دی 1386
آذر 1386
آبان 1386
مهر 1386
شهریور 1386
مرداد 1386
تیر 1386
طراح قالب
POWERED BY